• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

30.04.2026
SİYASƏT, Xəbərlər
Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub
Share on FacebookShare on Twitter

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda paytaxtımızda keçirilən beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı aprelin 30-da Milli Məclisdə olub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, əvvəlcə plenar iclas zalı ilə tanış olan qonaqlara parlamentin tarixi, fəaliyyəti, burada işin təşkili və onun strukturları haqqında ümumi məlumat verilib.

Sonra qonaqlar Milli Məclisin inzibati binasını gəziblər. Müstəqil Azərbaycanın memarı, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Ziyarətçilər Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun Milli Məclisin foyesində yaratdığı “Çiçəklən, doğma Azərbaycan” adlı divar rəsmi ilə də tanış olaraq, əsərin tarixi barədə məlumat əldə ediblər.

Sonra qonaqlar Milli Məclisin foyesində Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar, inzibati binanın 15-ci mərtəbəsindəki “Xəzər salonu”ndan Bakının mənzərəsini seyr ediblər.

Söhbət zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.