• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

BMT Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqindəki daimi səylərini yüksək qiymətləndirir

14.05.2026
SİYASƏT, Xəbərlər
BMT Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqindəki daimi səylərini yüksək qiymətləndirir
Share on FacebookShare on Twitter

Birləşmiş Millətlər Təşkilatı olaraq biz Azərbaycanın çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə inklüziv iştirakın təşviqi istiqamətindəki davamlı səylərini yüksək qiymətləndiririk.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər BMT Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Müraciəti BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç səsləndirib.

Bildirilib ki, Qlobal Cənub QHT Platforması qlobal həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır. Müraciətdə, həmçinin inklüziv inkişafın təşviqi, dayanıqlılığın gücləndirilməsi, effektiv çoxtərəflilik və əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə Qlobal Cənuba dəstək baxımından qlobal öhdəliklərin yerinə yetirilməsinin və heç kimin diqqətdən kənarda qalmamasının vacibliyi vurğulanıb. Eyni zamanda, Baş Assambleyanın inklüziv şəhərsalma, iqlim dayanıqlılığı və dayanıqlı idarəetmə məsələlərinə həsr olunmasının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası baxımından xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.