• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

13.05.2026
SİYASƏT, Xəbərlər
Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Share on FacebookShare on Twitter

Mayın 12-də xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld arasında onun ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Siyasi dialoq, iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiyalar, təhsil, humanitar sahələr və regional təhlükəsizlik məsələləri müzakirə olunan əsas mövzular sırasında yer alıb.

Tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Görüşdə regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, postmünaqişə dövründə bölgədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Fergus Auld Azərbaycanda fəaliyyəti dövründə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Nazir Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.