• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Böyük Qayıdış layihələri beynəlxalq ictimaiyyətə təqdim edilə biləcək ən uğurlu nümunələrdəndir

16.04.2026
İnkişaf, Xəbərlər
Böyük Qayıdış layihələri beynəlxalq ictimaiyyətə təqdim edilə biləcək ən uğurlu nümunələrdəndir
Share on FacebookShare on Twitter

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, ADA universitetinin dosenti, şəhərsalma və dövlət idarəçiliyi üzrə fəlsəfə doktoru Anar Vəliyev Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) müzakirə ediləcək mövzuların əhəmiyyəti, paytaxtın WUF 13 vasitəsilə iqlimə davamlı şəhərsalmaya verə biləcəyi töhfələrlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Azərbaycan WUF 13 çərçivəsində hansı prioritet layihələri beynəlxalq ictimaiyyətə təqdim etməlidir?

– Hesab edirəm ki, Böyük Qayıdış çərçivəsində həyata keçirilən yenidənqurma layihələri beynəlxalq ictimaiyyətə təqdim edilə biləcək ən uğurlu nümunələrdən biridir. Dünyada çox az ölkə, bəlkə də heç biri məcburi köçkünlərin öz doğma torpaqlarına bu miqyasda geri dönüşünü təmin edən belə genişmiqyaslı proqram həyata keçirməyib. Bu proqramın həm uğurları, həm də qarşılaşdığı çətinliklər digər ölkələr üçün faydalı bir model rolunu oynaya bilər. Bundan əlavə, İçərişəhərin turizm məkanı kimi inkişafı da uğurlu nümunə kimi təqdim edilə bilər. Eyni zamanda, şəhər əhalisinin içməli su, elektrik enerjisi və digər əsas infrastruktur xidmətlərinə çıxışının təmin olunması mühüm nailiyyətlərdəndir. Azərbaycanda aşağı keyfiyyətli infrastruktura malik genişmiqyaslı gecəqonduların və ya gettoların olmaması isə sosial siyasətin effektivliyinin göstəricisidir.

– WUF 13-də müzakirə ediləcək “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunun aktuallığını necə qiymətləndirirsiniz?

– Forumda belə bir mövzunun müzakirəyə çıxarılması təqdirəlayiqdir. Bu məsələ bu gün qlobal miqyasda ən vacib problemlərdən biridir. Əlçatan və dayanıqlı mənzil təminatı məsələsi təkcə dünya üzrə deyil, Azərbaycan üçün də aktual olaraq qalır. Hesab edirəm ki, WUF13 bu sahədə müzakirələrin və siyasi təşəbbüslərinin daha da inkişafına ciddi təkan verəcək.

– Şəhərsalma proseslərində vətəndaş iştirakçılığı və şəffaflığın artırılması üçün hansı islahatlar vacibdir?

– Ümid edirəm ki, WUF 13 qərar qəbuletmə proseslərinin desentralizasiyasının vacibliyini ön plana çıxaracaq. Bələdiyyələrin gücləndirilməsi, fiskal desentralizasiya və yerli icmaların qərar qəbuletmə prosesində daha fəal iştirakının təmin edilməsi cəmiyyət üçün olduqca faydalı ola bilər. Bununla yanaşı, bu sahədə hüquqi islahatların həyata keçirilməsi və daha şəffaf, inklüziv idarəetmə mexanizmlərinin formalaşdırılması da vacib hesab edilir.

– Bakı WUF 13 vasitəsilə iqlimədavamlı şəhərsalmaya necə töhfə verə bilər?

– Forumun postsovet məkanında yerləşən bir ölkədə keçirilməsi region üçün mühüm fürsətdir. Bu, region ölkələrinə öz inkişaf modellərini təqdim etməyə imkan verəcək. Eyni zamanda, bu tədbir region ölkələrinin qlobal urbanizasiya və iqlim dəyişiklikləri trendlərini daha yaxşı anlamasına və bu bilikləri yerli problemlərin həllinə tətbiq etməsinə şərait yaradacaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.