• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Cənub Şərqi Asiya ölkələri də Avropa ilə ticarət əlaqələrini Orta Dəhliz ilə həyata keçirməyə çalışırlar

17.04.2026
Biznes, Xəbərlər
Cənub Şərqi Asiya ölkələri də Avropa ilə ticarət əlaqələrini Orta Dəhliz ilə həyata keçirməyə çalışırlar
Share on FacebookShare on Twitter

Qazaxıstan ilə Çin arasında dəmir yolu vasitəsilə yükdaşımaları həcminin artımı müşahidə edilir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Qazaxıstan dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində atdığı addımlar öz səmərəsini verir.

Bunun nəticəsidir ki, Qazaxıstan ilə Çin arasındakı dəmir yolu vasitəsilə yükdaşımanın həcmi 9,3 faiz artıb. Bununla yanaşı, tranzit yükdaşımanın da həcmində artım müşahidə edilib. Belə ki, Çindən Qazaxıstana tranzit olaraq daşınan yüklərin həcmi 27 faiz artıb.

Qazaxıstan tranzit yükdaşımaya diqqəti artıraraq Çin ilə razılıq əsasında Sian regionunda böyük yük terminalı istifadəyə verib. Qazaxıstan Dəmir Yollarının inşa etdiyi bu terminal Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşınan yükləri yola salır. Bu terminal istismara verildikdən sonra Çinin TBNM ilə ixrac etdiyi yükün həcmi 27 faiz artıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz çoxdur.

Körfəzdə hərbi əməliyyatların başlaması ilə əlaqədar Çin Orta Dəhliz ilə Avropaya ixrac və idxal əməliyyatını artırıb. Hörmüz boğazı və Körfəzin, eləcə də Qırmızı dənizin hərbi baxımdan təhlükəli olması Çinin Orta Dəhlizə diqqətini artırıb. Çin ilə yanaşı, Cənub Şərqi Asiya ölkələri də Avropa ilə ticarət əlaqələrini Orta Dəhliz ilə həyata keçirməyə çalışırlar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.