Cənubi Koreya vətəndaşlarının təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun ötən il Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar koreyalıların təxliyəsinə göstərilən dəstəyə və köməyə görə Azərbaycana minnətdarlıq edib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, koreyalı nazirin aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı olub. Tərəflər regional və ikitərəfli məsələləri müzakirə ediblər.
Qeyd edək ki, ötən ilin iyununda İsrail-İran hərbi toqquşmaları zamanı 10-larla Cənubi Koreya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub.
Fortunamag.az
