Cecile Guidote-Alvarez: Ortaq Keçmiş, Ümumi Gələcək
Fortunamag.az xəbər verir ki, Qlobal Cənub QHT Platformasının Baş Katibinin Sakit Okean regionu üzrə müavini Cecile Guidote-Alvarez qurumun ilk Baş Assambleyasında Fortunamag.az ilə ekskluziv olaraq fikirləri ilə paylaşıb.
— Mənim adım Sesil Qidote-Alvaresdir. Mən “Earth Savers Dreams and Samba” təşkilatının direktoru, UNESCO-nun Sülh naminə artisti və Beynəlxalq Teatr İnstitutunun Sosial Dəyişiklik Şəbəkəsinin prezidentiyəm.
— Xanım Sesil, forum haqqında fikirləriniz necədir?
— Mən hesab edirəm ki, bu forum mühüm bir dönüş nöqtəsidir. Çünki kiçik ada dövlətlərinin, ən az inkişaf etmiş ölkələrin, ərəb dünyasının, Afrika, Asiya, Latın Amerikası, Sakit okean və Karib hövzəsi regionlarının ortaq səsini bir araya gətirmək və əlaqələndirmək ehtiyacı var. Bütün bu xalqları birləşdirən ortaq müstəmləkəçilik təcrübəsi mövcuddur.
İstəsək də, istəməsək də, yerli və qədim irs uzun müddət kölgədə qalıb. Xarici mədəniyyətlərin güclü təsiri nəticəsində kimliyimiz müəyyən mənada böhran yaşayıb.
Biz hələ də öz milli kimliyimizin gücünü tam şəkildə bərpa etməmişik. Buna görə də düşünürük ki, təhsil əsas amildir, mədəniyyət isə bu prosesin katalizatorudur.
İncəsənət və texnologiyanın qarşılıqlı sinerjisindən istifadə etmək son dərəcə vacibdir.
Fortunamag.az

