Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Bizim milli enerji operatorumuz ÇES də Azərbaycandan təbii qaz almaq niyyətindədir.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edən Çexiyanın Baş naziri deyib: “Bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək çox şad olarıq”.
Fortunamag.az
