• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

22.05.2026
İnkişaf, Xəbərlər
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Share on FacebookShare on Twitter

Mayın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Tərəflər, həmçinin ölkəmizin enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, ölkəmizin Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar.

BMT Baş katibinin müavini Əminə Məhəmməd Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.