• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Çikaqoda İllinoys Texnologiya İnstitutunda Azərbaycan mədəniyyəti təqdim olunub

13.04.2026
SİYASƏT, Xəbərlər
Çikaqoda İllinoys Texnologiya İnstitutunda Azərbaycan mədəniyyəti təqdim olunub
Share on FacebookShare on Twitter

ABŞ-nin Çikaqo şəhərində yerləşən İllinoys Texnologiya İnstitutunun Çikaqo-Kent Hüquq Kollecində Azərbaycan Mədəniyyət Günü qeyd olunub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) sponsorluğu ilə fakültənin məzun və hazırda təhsil alan azərbaycanlı tələbələri tərəfindən təşkil edilib.

Tədbirdə fəxri qonaq qismində fakültənin dekanı Ceyson Çarneski, Beynəlxalq Proqramlar üzrə dekan müavini Adam Veber, Türkiyənin Çikaqodakı Baş konsulu Tahir Bora Atatanır, Çikaqo Baş konsulluğunun təhsil attaşesi Fatih Yardımcıoğlu, ACMA-nın həmsədrləri Fərid Məmmədov və Mehriban Məmmədova, həmçinin professorlar Luren Kontento, Edvard Harris və Sara Rusnak iştirak ediblər.

Tədbirin açılışında çıxış edən dekan Ceyson Çarneski belə tədbirlərin universitet mühitində mədəni müxtəlifliyi təşviq etdiyini vurğulayaraq Azərbaycan milli mədəniyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib.

Dekan müavini Adam Veber isə universitetdə azərbaycanlı tələbələrin təhsil almasının əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Çıxışı zamanı Türkiyənin Çikaqodakı Baş konsulu Tahir Bora Atatanır Azərbaycan-Türkiyə qardaşlığının hər yerdə hiss olunduğunu vurğulayıb.

Tədbirdə qonaqlara Azərbaycan tarixi, dövlət bayrağı, mədəniyyəti və musiqisi barədə ətraflı məlumat verilib. Mədəni proqram çərçivəsində Orxan Məmmədli tarda, Tuna Güvənç isə qarmonda Azərbaycan mahnılarını ifa ediblər, həmçinin tar və nağaranın müşayiəti ilə canlı muğam səsləndirilib. Milli rəqslər isə kollec tələbəsi Sənan Ramazanov və “Northvestern” Universiteti tələbəsi Nuriyyə Cəfərova tərəfindən təqdim olunub.

Sonra iştirakçılar Azərbaycanın milli yeməkləri təqdim olunub.

Tədbir milli birlik və həmrəyliyi simvolizə edən “Yallı” rəqsi ilə yekunlaşıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.