• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olacaq

13.04.2026
Mədəniyyət, Xəbərlər
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olacaq
Share on FacebookShare on Twitter

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçiriləcək.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, nəşrlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Kitablarda Azərbaycan və özbək xalqlarının xalq və müəllif nağılları yer alır. Nağıllarda xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlər vasitəsilə təqdim olunur.

Təqdimat çərçivəsində Özbəkistandakı Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi guşənin açılışı nəzərdə tutulur.

Qeyd edək ki, bu kimi layihələr uşaqlar arasında mütaliə marağının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.