• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Deputat Nigar Arpadarai: “Azərbaycan qlobal şəhərsalma dialoqunun mühüm mərkəzinə çevrilib”

21.05.2026
Azərbaycan
Deputat Nigar Arpadarai: “Azərbaycan qlobal şəhərsalma dialoqunun mühüm mərkəzinə çevrilib”
Share on FacebookShare on Twitter

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu WUF13 çərçivəsində üçün gün də müzakirələrlə zəngin proqramla yadda qalıb. Forum şəhərsalma, dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq və regional sabitlik kimi mühüm mövzular üzrə qlobal ekspertləri bir araya gətirir. Tədbir çərçivəsində Milli Məclisin deputatı Nigar Arpadarai FortunaMag.az-a açıqlamasında Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin strateji əhəmiyyətindən və Bakının qlobal dialoq mərkəzinə çevrilməsindən danışıb.

“Azərbaycan qlobal dialoqun və əməkdaşlığın mühüm platformasına çevrilib”

– Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsini necə qiymətləndirirsiniz?

— Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və qlobal əməkdaşlıq proseslərində fəal iştirakının göstəricisidir. Bu cür tədbirlər ölkəmizin artıq regionda deyil, beynəlxalq səviyyədə mühüm dialoq mərkəzinə çevrildiyini təsdiqləyir.

Azərbaycan son illərdə ardıcıl şəkildə müxtəlif sahələrdə — həm idman, həm iqlim gündəliyi, həm də humanitar və şəhərsalma istiqamətlərində böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, ölkəmizin strateji inkişaf kursunun tərkib hissəsidir.

Forum çərçivəsində Bakıda müxtəlif ölkələrdən gəlmiş ekspertlərin bir araya gəlməsi və şəhərsalma ilə bağlı qlobal çağırışların müzakirə olunması çox vacibdir. Bu, həm təcrübə mübadiləsi, həm də yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətlidir.

Eyni zamanda Azərbaycan sabitlik və əməkdaşlıq platforması kimi çıxış edərək müxtəlif regionlardan olan tərəfləri bir masa arxasında birləşdirir. Bu da ölkəmizin beynəlxalq imicini daha da gücləndirir.

Şəhərsalma və dayanıqlı inkişaf məsələləri yalnız texniki deyil, həm də sosial və siyasi baxımdan vacib istiqamətlərdir. Azərbaycan bu sahədə öz təcrübəsini bölüşərək qlobal müzakirələrə töhfə verir.

Fortunamag.az üçün eksklüziv

 

 

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.