Dilarə Seyidzadə ilə “Heydər Əliyev – dövrü müəyyən edən lider fenomeni” mövzusunda görüş baş tutub
8 may, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “42 Talks” tərəfindən təşkil olunan tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə “Heydər Əliyev – dövrü müəyyən edən lider fenomeni” mövzusunda görüş baş tutub.
Fortunamag.az xəbər verir ki, görüş zamanı Dilarə xanım Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, dövlətçilik strategiyası və Azərbaycan tarixindəki əvəzolunmaz rolu haqqında ətraflı danışıb. Professor yalnız tarixi faktları deyil, həmin dövrün ruhunu, ictimai-siyasi atmosferini və yadda qalan məqamlarını da iştirakçılarla bölüşüb.
Tədbir iştirakçıları Azərbaycan tarixinin mühüm mərhələlərinə dair maraqlı müzakirələr aparıb, həmçinin mövzu ətrafında suallar ünvanlayıblar. Görüş dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və canlı fikir mübadiləsi şəraitində davam edib.
Fortunamag.az
