• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Diplomatik korpusun nümayəndələri Laçında

04.05.2026
SİYASƏT, Xəbərlər
Diplomatik korpusun nümayəndələri Laçında
Share on FacebookShare on Twitter

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edən diplomatik korpusun nümayəndələri mayın 2-də Laçın rayonuna gəliblər.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhəri ilə tanışlıq çərçivəsində xarici diplomatların səfər etdikləri ilk məkan Həkəri çayının sahilində salınmış bulvar olub.

Nümayəndələr səfər çərçivəsində Laçın şəhərində yerləşən “Zerti” Aqro Sənaye Parkında fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və tinglik komplekslərinin fəaliyyəti ilə də tanış olublar.

Qeyd edilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2025-ci ilin mayın 27-də açılışı olmuş “LATIFA” tikiş fabrikində 30 yeni iş yeri yaradılıb. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisə gündə 2 min ədəd tekstil məhsulu istehsal edir. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Sonra diplomatik korpus “PİRSHAGHİ” ayaqqabı fabrikinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, fabrik Asiya, Avropa və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Xammal əsasən Türkiyədən gətirilir. Bundan başqa, xidmət sektorunda peşəkarlığı artırmaq məqsədilə müəssisəyə qardaş ölkədən və Bakıdakı “PİRSHAGHİ” brendindən təlimçilər cəlb olunub.

“Aydınoğlu” mebel fabriki ilə tanışlıq da diplomatlarda zəngin təəssürat yaradıb.

Bildirilib ki, laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada, Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə, həm də tədris-təlim mərkəzi sayıla bilər. Təşkil olunan kurslarda xaricdən dəvət almış mütəxəssislər bir neçə ay ərzində innovativ texnologiyalardan düzgün istifadə, istehsal gücünün artırılması üsulları ilə bağlı dərslər keçirlər.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə mayın 1-də Şərqi Zəngəzur və Qarabağa səfər ediblər. Diplomatik korpus nümayəndələrinin bu səfəri işğaldan azad olunmuş ərazilərə sayca 21-ci səfəridir. Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyası və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.