• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Dövlət Akademik Filarmoniyasında konsert — “Azərbaycan-Serbiya. Mədəniyyət körpüsü”

05.05.2026
Mədəniyyət, Xəbərlər
Dövlət Akademik Filarmoniyasında konsert — “Azərbaycan-Serbiya. Mədəniyyət körpüsü”
Share on FacebookShare on Twitter

Mayın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Azərbaycan-Serbiya. Mədəniyyət körpüsü” adlı konsert proqramı keçirilib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç iştirak ediblər.

Gecədə Azərbaycanın və Serbiyanın tanınmış ifaçıları eyni səhnəni bölüşərək iki ölkənin zəngin musiqi ənənələrini təqdim ediblər. Konsert proqramında Əməkdar artist Afaq Abbasova (soprano), serbiyalı opera ifaçısı Ljubica Vranes (mezzo-soprano), Fəhmin Əhmədli (tenor) çıxış ediblər. İfaçıları pianoda Tofiq Şıxıyev və Vladimir Stepanoviç müşayiət ediblər.

Konsertdə dünya və Azərbaycan klassik musiqisinin incilərindən seçilmiş əsərlər səsləndirilib. Belə ki, proqramda dünyaşöhrətli bəstəkarlar Cüzeppe Verdi, Cakomo Puççini, eləcə də Tofiq Quliyev, Asəf Zeynallı və başqalarının əsərləri yer alıb.

Qeyd edək ki, konsert Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin inkişafına töhfə verən, iki ölkənin musiqi ənənələrini bir araya gətirən mühüm yaradıcılıq körpüsüdür.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.