• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Dragos Mutaşcu: “Ağıllı şəhər texnologiya deyil, əlçatanlıqdır”

21.05.2026
Azərbaycan
Dragos Mutaşcu: “Ağıllı şəhər texnologiya deyil, əlçatanlıqdır”
Share on FacebookShare on Twitter

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu WUF13 çərçivəsində “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” mövzusunda keçirilən panel müzakirə müasir şəhərlərin gələcəyində texnologiyanın və insan yönümlü yanaşmanın rolunu ön plana çıxarıb. Sessiyada Rumıniyadan olan proqram mühəndisi və “Smart Society Association” təşkilatının rəhbəri Dragos Mutaşcu çıxış edərək inklüziv şəhər anlayışına dair şəxsi təcrübəsini və yanaşmasını bölüşüb.

O, çıxışına ilk iş təcrübəsindən danışaraq başlayıb: “Universiteti bitirdikdən sonra böyük bir korporasiyada innovasiya mühəndisi kimi çalışmağa dəvət olundum. O zaman ‘ağıllı şəhər’ mənim üçün çox maraqlı, amma eyni zamanda mürəkkəb bir anlayış idi.”

Onun sözlərinə görə, həmin dövrdə əsas diqqət texnologiyaya yönəlmişdi: “Biz çoxlu tətbiqlər hazırlayırdıq, smart şəhərlər üçün müxtəlif sistemlər üzərində işləyirdik. Əsas fokusumuz sensorlar, avtomatlaşdırma və süni intellekt idi.”

Lakin zaman keçdikcə onun baxışları dəyişib: “Üç ildən çox işlədikdən sonra anladım ki, ağıllı şəhər əslində texnologiya ilə bağlı deyil. Əsas məsələ texnologiyadan necə istifadə etdiyimizdir.”

Məhz bu düşüncə onu “Smart Society Association” təşkilatını yaratmağa gətirib çıxarıb. Onun fikrincə, müasir cəmiyyət daha yaxşı istiqamətləndirilməlidir: “Bu dünyada çoxlu imkanlar var, amma insanlar çox vaxt şəhərdə baş verənlərdən xəbərsiz qalır. Ən vacib məsələ əlçatanlıqdır.”

O, şəhərlərdə əlçatanlığın vacibliyini belə izah edib: “Əgər insanlar düzgün alətlərə sahibdirsə, dünyada hərəkət etmək çox asan olur. Şəhər o zaman ağıllı olur ki, insanlar hər şeyi asanlıqla idarə edə bilirlər.”

Çıxışında o, Uber və Bolt kimi tətbiqləri nümunə gətirərək bildirib: “Biz əvvəllər bir nöqtədən digərinə getmək üçün yalnız taksi və ya şəxsi maşından istifadə edirdik. İndi isə bir tətbiq vasitəsilə hər şey bir neçə kliklə mümkündür.”

Onun sözlərinə görə, “ağıllı şəhər” təkcə texnologiya deyil, hiss edilən rahatlıqdır: “Ağıllı şəhər yalnız binalarda ekranlar və ya müasir texnologiyalar deyil. Əsas məsələ insanların özünü nə qədər rahat və nəzarətdə hiss etməsidir.”

O, xüsusilə səhiyyə xidmətlərinə çıxış problemini də diqqətə çatdırıb: “Bir çox insan qan donorluğu kimi vacib proseslərin necə aparıldığını bilmir. İnsanlar qorxur, çünki proseduru tam anlamırlar.”

Bu problemi həll etmək üçün yaradılan “Donorium” tətbiqini belə izah edib: “Tətbiq sizə ən yaxın qan bankını göstərir, görüş təyin etməyə imkan verir və bütün prosesi sadələşdirir. Sanki Uber kimi, amma qan donorluğu üçün.”

Sonda o, inklüziv şəhər anlayışını belə yekunlaşdırıb: “İnklüziv şəhər o deməkdir ki, insanlar yalnız yardım almır, həm də yardım göstərməyi asan şəkildə öyrənirlər. Əsas məqsəd insanlara problemi həll etməyə kömək edən bir sistem yaratmaqdır.”

Fortunamag.az eksklüziv

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.