• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

“DSA 2026” sərgisində Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında məlumat verilib

22.04.2026
SİYASƏT, Xəbərlər
“DSA 2026” sərgisində Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında məlumat verilib
Share on FacebookShare on Twitter

Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən “DSA 2026” 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi çərçivəsində aprelin 21-də Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədrinin müavini İhsan Kaya və qardaş ölkənin “Makina ve Kimya Endüstri” şirkətinin baş direktoru İlhami Keleş ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşlərdə müdafiə sənayesi üzrə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi, silah və hərbi texnika istehsalı və yeni texnoloji həllərin tətbiqi istiqamətlərində fikir mübadiləsi aparılıb. Bununla yanaşı, qabaqcıl təcrübələrin paylaşılması, innovativ yanaşmaların tətbiqi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr edilib. Tərəflər mövcud əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün səylərin davam etdirilməsinin önəmini qeyd ediblər.

Sərgi çərçivəsində Malayziyanın Kedah ştatının şahzadəsi Tengku Sarafudin Badlişah, Türkiyənin milli müdafiə nazirinin müavini Musa Heybət və Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət ediblər. Onlara Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar haqqında ətraflı məlumat verilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.