• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Əmək bazarına uyğun kadr hazırlığı üzrə əməkdaşlıq genişləndirilir

24.04.2026
Xəbərlər
Əmək bazarına uyğun kadr hazırlığı üzrə əməkdaşlıq genişləndirilir
Share on FacebookShare on Twitter

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək aktiv məşğulluq tədbirləri, həyata keçirilən layihələr və aparılan islahatlar barədə danışıb. O, xüsusilə gənclərin əmək bazarına inteqrasiyası, peşə hazırlığı və karyera dəstəyi mexanizmlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə Agentliyin əsas fəaliyyət istiqamətləri üzrə görülən işləri və yenilikləri, o cümlədən dövlət proqramları çərçivəsində prioritetləri vurğulayıb. O qeyd edib ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi, sosial tərəfdaşların cəlb edilməsilə peşə təhsilinin keyfiyyətinin artırılması və məzunların məşğulluğunun təmin edilməsi agentliyin əsas prioritetləri sırasındadır.

Görüş zamanı peşə təhsili və məşğulluq sahələri arasında əlaqələrin gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində mövcud yanaşmalar və prioritetlər, peşəyönümü xidmətlərin təşkili, karyera mərkəzlərinin fəaliyyəti və özünüməşğulluq proqramı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.