• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Emin Məmmədov: Azərbaycan xalçası dünya bazarında rəqabətədavamlı brendə çevrilir

01.05.2026
Mədəniyyət, Xəbərlər
Emin Məmmədov: Azərbaycan xalçası dünya bazarında rəqabətədavamlı brendə çevrilir
Share on FacebookShare on Twitter

Bu il Beynəlxalq Xalça Forumu ikinci dəfə təşkil olunur. Forum həm yerli, həm də xarici qonaqlar üçün mühüm platforma rolunu oynayır. Tədbirdə 12 ölkədən qonaqlar və spikerlər iştirak edir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov deyib.

Onun sözlərinə görə, xalça yalnız məişət əşyası deyil, yaşadılmalı olan qədim sənətdir: “Xalça həm zəngin mədəni irsimizin bir hissəsidir, həm də iqtisadi baxımdan bu gün XXI əsrin tələblərinə uyğunlaşmalıdır”.

E.Məmmədov qeyd edib ki, “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 11 istehsalat sahəsi və 500-ə yaxın toxucusu var: “Toxucularımızın böyük əksəriyyəti kənddə yaşayan xanımlardır. Biz bölgələrdə qadınların məşğulluğunu təmin edən bir təşkilatıq. Hətta deyə bilərəm ki, əməkdaşlarımızın təxminən 85 faizi məhz bölgələrdə yaşayan xanımlardır. Onlar bu mədəniyyəti qoruyur, yaşadır və eyni zamanda, iqtisadi baxımdan ailələrinə dəstək olurlar”.

O vurğulayıb ki, məhz buna görə tədbirdə müxtəlif ölkələrdən spikerlər iştirak edir və müzakirələr aparılır. Əsas məqsəd xalça sənətinin müasir dövrə uyğunlaşdırılması və onun dünya bazarına inteqrasiyası məsələlərinin müzakirəsidir.

Emin Məmmədov deyib ki, mayın 1-dən 3-dək keçiriləcək tədbir çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşəcək, xalça sənətinin beynəlxalq bazara çıxışı və toxuculuq sənətinin inteqrasiyası ilə bağlı çıxış edəcəklər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.