• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır

13.04.2026
SİYASƏT, Xəbərlər
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır
Share on FacebookShare on Twitter

Bu təşəbbüs çərçivəsində artıq dördüncü görüş baş tutub, ilk səfərlər artıq həyata keçirilib. Həmin vaxt Azərbaycan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Ermənistana, daha sonra isə Ermənistan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Azərbaycana səfər etmişdi. Bu il isə daha geniş tərkibdə, təxminən 20 nəfər vətəndaş cəmiyyəti nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edib. Hazırkı dövrdə bu prosesin simvolik mənası ondan ibarətdir ki, gediş-gəliş delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsindən həyata keçirilir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

Mərkəzin direktoru Sülh gündəliyinin Vaşinqton sammitində təsdiq edildiyini və bu çərçivədə dövlətlərarası yüksəksəviyyəli dialoq mövcud olduğunu deyib: “Buraya liderlər və dövlət strukturları daxildir. İqtisadi münasibətlər formalaşmaqdadır. Bu prosesə tranzitin təşkili, birbaşa ticarət və eyni zamanda, vətəndaş cəmiyyəti səviyyəsində dialoq daxildir ki, bunlar artıq reallaşdırılır”.

F.Məmmədovun fikrincə, “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi ondan ibarətdir ki, əvvəllər də buna bənzər dialoq platformaları olsa da, onlar əsasən üçtərəfli formatda, yəni vasitəçi və ya donor təşkilatların təşəbbüsü ilə həyata keçirilirdi. Hal-hazırda isə bu proses hökumətlərin dəstəyi ilə reallaşır və vətəndaş cəmiyyəti nümayəndələri də burada fəal iştirak edirlər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.