• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Fariz İsmayılzadə: Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri daim diqqət mərkəzində saxlanılmalıdır

08.05.2026
Xəbərlər
Fariz İsmayılzadə: Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri daim diqqət mərkəzində saxlanılmalıdır
Share on FacebookShare on Twitter

Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə minlərlə gənc xaricdə keyfiyyətli təhsil alaraq vətənə qayıdır. Onlar ölkənin inkişafına, xüsusilə azad olunmuş ərazilərin bərpasına və iqtisadiyyatın gücləndirilməsinə mühüm töhfələr verirlər. Bu proses nəticəsində gənclər faydalı insan kapitalına çevrilərək dövlətin inkişafında fəal rol oynayırlar.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Dövlət Proqramının təqdim etdiyi imkanlara həsr olunmuş tədbirdə deyib. O bildirib ki, son 30 ildə Azərbaycan hökuməti insan kapitalının inkişafına daim xüsusi önəm verib: “Böyük Zəfərimizin əsas dayaqlarından biri məhz güclü insan resursudur. Bu güc özünü orduda, iqtisadiyyatda və dövlət idarəçiliyində aydın şəkildə göstərir. Məhz bu potensial sayəsində torpaqlarımızı azad edə bildik.

Proqramın nəticələri, inkişaf yolu, məzunların fəaliyyət göstərdiyi sahələr və gələcək prioritet istiqamətlər daim diqqət mərkəzində saxlanılmalıdır”.

Fariz İsmayılzadə qeyd edib ki, ölkəmizin əldə etdiyi uğurların təməlində həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır: “Bununla belə, yerləşdiyimiz regionun mürəkkəbliyi risk və təhdidləri də qaçılmaz edir. Bu səbəbdən birlik və həmrəylik həyati əhəmiyyət daşıyır.

İnsan resursunun inkişafına, təhsilə və elmi tədqiqata davamlı diqqət yetirməliyik. İqtisadiyyatımızın rəqabət qabiliyyətini gücləndirməli, yeni texnologiyalar və süni intellekt sahəsində geri qalmamalıyıq.

Dövlətimizin güclü və dayanıqlı olması hər birimizin üzərinə düşən məsuliyyətdir. Biz birgə fəaliyyət göstərərək ölkəmizin inkişafına töhfə verməliyik”.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.