• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Filarmoniyada müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert

29.04.2026
Mədəniyyət, Xəbərlər
Filarmoniyada müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Kiçik dəniz küçəsi” silsilə konsertləri çərçivəsində keçirilən IV konsert uğurla baş tutdu.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, konsertdə dirijor Əyyub Quliyevin rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqram təqdim olunub.

İlk olaraq Ayaz Qəmbərlinin violin və orkestr üçün Arif Məlikovun xatirəsinə həsr olunmuş “Memorial” əsəri səsləndirilib. Əsərin solisti violin ifaçısı Ümid Mustafazadə olub. Daha sonra Səid Qəninin simli və zərb alətləri üçün yazdığı “Ulduz beşiyi” əsəri təqdim olunub. Bu əsərdə solistlər Yusif Əlizadə, Səma Qanbayeva və Rəsul Zülfüqarlı çıxış ediblər.

Konsert Türkər Qasımzadənin Adil Mirseyidin sözlərinə bəstələdiyi səs, gitara və simlilər üçün “İki nəğmə” əsəri ilə davam edib. Əsərin ifasında solistlər Fəridə Məmmədova və Raul Hüseynov (soprano və gitara) dinləyicilərin rəğbətini qazanıb.

Gecənin finalında Tahir İbişovun piano və orkestr üçün Konserti səsləndirilib. Əsərin solisti pianoçu Atabala Manafzadə olub.

Konsert boyu musiqişünas Sara Timurova çıxış edərək səsləndirilən əsərlər haqqında musiqisevərlərə məlumat verib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.