Fuad Kərimli: «Keçən il təməlini qoyduğumuz bu forumu bu il daha da möhkəmləndirdik»
Fortunamag.az xəbər verir ki, Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Baş katibi Fuad Kərimli Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında Fortunamag.az ilə fikirləri ilə paylaşıb.
«Fikirimcə, forum çox uğurlu keçdi. Biz keçən il təməlini qoyduğumuz bu forumu bu il daha da möhkəmləndirdik. Baş katib seçildik və bütün üzvlərimizə göstərdikləri etimada görə dərin təşəkkürümüzü bildiririk.
Bundan əlavə, dörd region üzrə — Latın Amerikası, Afrika, Asiya və Sakit okean regionunda xüsusi müavinlər təyin edilib. Ümumilikdə, biz gələcək beş ili nəzərə alaraq fəaliyyətimizi planlaşdırırıq və ilkin mərhələdə regionlar üzrə konfransların keçirilməsini nəzərdə tutmuruq.
Daha sonra isə həmin regionlarda yerli QHT-lərin səsinin beynəlxalq platformalarda daha geniş şəkildə eşidilməsini təmin etməyi hədəfləyirik.»
Fortunamag.az
