Gürcüstanın Azərbaycandakı səfiri Acarıstan hökumətinin sədri olacaq
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Acarıstan Muxtar Respublikası hökumətinin yeni sədri olacaq. Onun bu vəzifəyə namizədliyini Gürcüstan Prezidenti Mixeil Kavelaşvili irəli sürüb.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə Prezident Mixeil Kavelaşvili bugünkü brifinqdə məlumat verib.
Qeyd edək ki, Zurab Pataradze 2016-2018-ci illərdə də Acarıstan Muxtar Respublikası Hökumətinin sədri vəzifəsində çalışıb. Onun regionda bir sıra mühüm və uğurlu layihələrin həyata keçirilməsində, eləcə də Acarıstan MR ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafında, Naxçıvan və Batumi şəhərlərinin qardaşlamasında xidmətləri olub.
Fortunamag.az
