• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ ÖZƏL FİKİR

Hacı Nuran Hüseynov: “WUF13 Bakının beynəlxalq nüfuzunu daha da gücləndirir”

21.05.2026
ÖZƏL FİKİR, Xəbərlər
Hacı Nuran Hüseynov: “WUF13 Bakının beynəlxalq nüfuzunu daha da gücləndirir”
Share on FacebookShare on Twitter

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu WUF13 qlobal miqyasda şəhərsalma, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq sahəsində ən mühüm platformalardan biri kimi diqqət çəkir. Forumun üçüncü günü çərçivəsində tanınmış ictimai xadim Hacı Nuran Hüseynov tədbirin əhəmiyyəti, Azərbaycanın beynəlxalq nüfuzunun artması və Bakının qlobal tədbir mərkəzinə çevrilməsi barədə Fortunamag.az-a açıqlama verib.

– Üçüncü gündür Dünya Şəhərsalma Forumunda iştirak edirsiniz. Təəssüratlarınız necədir?

— Mən ümumiyyətlə Azərbaycanda keçirilən bütün böyük beynəlxalq tədbirlərdə iştirak etmişəm. Avropa Oyunlarında səfir olmuşam, İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişəm, həmçinin COP29 tədbirlərində də olmuşuq. İndi isə Dünya Şəhərsalma Forumunda iştirak edirik.

Bu forum əvvəlkilərdən fərqlənir, çünki ilk dəfə keçirilir və çox böyük miqyasdadır. Təxminən 50 minə yaxın insan qeydiyyatdan keçib və bu rəqəm gündən-günə artır. Bu, həqiqətən çox böyük göstəricidir.

Sevinirəm ki, belə bir beynəlxalq tədbir məhz Bakıda, Azərbaycanda keçirilir. Buraya gələn hər bir iştirakçı ölkəmiz haqqında özündə müsbət təəssüratlar aparır — yeni əlaqələr, yeni əməkdaşlıqlar və beynəlxalq şəbəkələr formalaşır.

Bu, Azərbaycan üçün böyük uğurdur. Açıq şəkildə görünür ki, dünyanın aparıcı media platformalarında Azərbaycanla bağlı geniş məlumatlar paylaşılır və ölkəmizin beynəlxalq imici daha da güclənir.

Biz qalib ölkənin vətəndaşları olaraq belə mötəbər tədbirə ev sahibliyi etməklə qürur duyuruq. Belə bir forumun təşkili böyük zəhmət, yüksək təşkilatçılıq və ciddi hazırlıq tələb edir. Azərbaycan isə bunu uğurla həyata keçirdi.

Şükürlər olsun ki, bu gün biz bu böyük uğurun şahidiyik və bu, ölkəmizin növbəti beynəlxalq nailiyyətidir.


Fortunamag.az üçün Eksklüziv

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.