• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Bir səfərin izi ilə” filmi nümayiş olunub

05.05.2026
Mədəniyyət, Xəbərlər
Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Bir səfərin izi ilə” filmi nümayiş olunub
Share on FacebookShare on Twitter

Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Bir səfərin izi ilə” adlı sənədli filmin nümayişi olub.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayişdən əvvəl çıxış edən layihənin müəllifi, tanınmış səyyah və jurnalist Azər Qərib film barədə məlumat verib.

O qeyd edib ki, layihə silsiləsindən iki film təqdim edilib. “Həmin ekran əsərləri Ümummilli Liderin İtaliyaya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunub. Mayın 6-da isə Ulu Öndər Heydər Əliyevin fərqli coğrafiyaları — Fransa, Böyük Britaniya, Belçika və Lüksemburq, Çin, Yaponiya və Türk dünyası istiqamətləri üzrə rəsmi səfərlərini əks etdirən ekran işlərinin nümayişi nəzərdə tutulub. Ekran əsəri “Heydər Əliyev və diplomatiya məktəbi” layihəsi çərçivəsində hazırlanıb və Ulu Öndərin zəngin irsinin, xüsusilə həyata keçirdiyi xarici siyasət strategiyasının öyrənilməsi və təbliği məqsədi daşıyır”, — deyə A.Qərib əlavə edib.

Layihə Ulu Öndərin beynəlxalq səfərləri və diplomatik fəaliyyətinin mühüm məqamlarını əks etdirərək, Azərbaycanın müasir xarici siyasətinin formalaşmasında bu fəaliyyətin rolunu geniş auditoriyaya çatdırmağı, gənclərin Ümummilli Liderin siyasi irsi ilə daha yaxından tanış olması və vətənpərvərlik ruhunun gücləndirilməsini hədəfləyir. Filmlərdə yalnız rəsmi səfərlərin protokol çərçivəsindəki məqamlarını deyil, eyni zamanda protokoldan kənarda qalan detalları da işıqlandırmağa çalışılıb.

Daha sonra qonaqlar Ümummilli Liderin İtaliya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunan filmləri izləyiblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.