• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə

16.04.2026
SİYASƏT, Xəbərlər
İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə
Share on FacebookShare on Twitter

Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət siyasətinin ideoloji əsasları: gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Suraxanı rayon təşkilatının gənc üzvü Şahnaz Heybətova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan Konstitusiyası dövlətçilik ideologiyasının əsasını təşkil edir, müasir ideoloji xətt isə Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və Prezident İlham Əliyevin davam etdirdiyi strateji kursa söykənir. Bu kurs suverenliyin möhkəmləndirilməsi, innovativ inkişaf və milli maraqların təmin olunmasını prioritet kimi müəyyənləşdirir.

Vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıqlar yaradıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Güclü ideoloji əsaslara söykənən dövlət siyasətinin gələcək uğurların təminatçısı olduğu, Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə fəal rol oynadığı qeyd edilib.

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Daha sonra Suraxanı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.