• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

İKTA 2026-cı ilin birinci rübü üzrə şikayət indeksi hesabatını açıqlayıb

14.04.2026
Xəbərlər
Share on FacebookShare on Twitter

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2026-cı ilin I rübü üzrə internet xidmətləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətinə dair hesabatını dərc edib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, hesabatda “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanan müraciətlər əsasında formalaşan şikayət indeksi, eləcə də indeks üzrə dinamika əks olunub. Sənəddə 2025-ci ilin IV rübü ilə müqayisəli təhlil aparılaraq operator və provayderlərin göstəricilərindəki dəyişikliklər müəyyən edilib.

Eyni zamanda, hesabatda 2026-cı ilin I rübündə “E-Şikayət” sisteminə daxil olan müraciətlərin telekommunikasiya operatorları və provayderlər tərəfindən cavablandırılma müddətinə dair orta göstəricilər də təqdim olunub.

Məlumata görə, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib və bu günədək platforma üzərindən telekommunikasiya və poçt xidmətləri ilə bağlı 12 500-dən çox müraciət daxil olub. 2024-cü ilin noyabrından etibarən isə sistemin mobil tətbiqi istifadəyə verilib ki, bu da xidmətin əlçatanlığını və istifadə miqyasını daha da genişləndirib.

Agentlik bildirib ki, şikayət indeksi və müraciətlərin cavablandırılma müddətinə dair hesabatların hazırlanması davamlı xarakter daşıyacaq və ictimaiyyətə rüblük əsasda təqdim olunacaq. Bu mexanizmlər gələcəkdə tənzimləmə və nəzarət proseslərində daha geniş tətbiq ediləcək.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.