• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

05.05.2026
SİYASƏT, Xəbərlər
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
Share on FacebookShare on Twitter

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Xanım Baş nazir, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Bizim müxtəlif aspektlər üzrə mükəmməl danışıqlarımız oldu. İndi danışıqlarımızı geniş tərkibdə davam etdirəcəyik. Əvvəlcə bizimlə bir yerdə olduğunuz üçün Sizə bir daha təşəkkür edirəm. Bu səhər, hətta dünəndən bəri necə məşğul olduğunuzu bilirəm. Ermənistandan gələrək bizi ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu, bir daha Azərbaycana dost münasibətin olduğunu göstərir. Bizim də İtaliyaya eyni münasibətimiz var. Sizin bugünkü səfəriniz strateji münasibətlərimizin inkişafında çox həlledici olacaq. Bir daha xoş gəlmisiniz.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni çıxış edərək dedi:

-Çox sağ olun, hörmətli Prezident. Burada olmaq mənim üçün şərəfdir və məndə məmnunluq hissi doğurur. Hesab edirəm ki, buraya gəlmək vacib idi, çünki Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır. Lakin buna baxmayaraq, mənə məlum oldu ki, 2013-cü ildən bəri İtaliyanın Baş naziri buraya səfər etməyib. Bu da mənə kifayət qədər qəribə görünür. Ona görə hesab edirəm ki, bu səfəri etmək həqiqətən vacib idi, çünki bizim əməkdaşlığımız həqiqətən də çox genişdir. Biz bir çox strateji sahələr üzrə əməkdaşlıq edirik, — əlbəttə ki, enerji, infrastruktur, bağlantı və mədəniyyət.

İtaliya Respublikası Prezidentinin Azərbaycana səfəri həm də bizim mədəni əlaqələrimizin və universitetlə bağlı aparılmış işin nümayiş etdirilməsi nöqteyi-nəzərindən əlamətdar bir hadisə idi. Lakin hesab edirəm ki, biz həmişə birlikdə daha çox iş görə bilərik. Fikrimizcə, Azərbaycan bizim beynəlxalq müstəvidə çətin vəziyyətdə olmağımıza baxmayaraq, strateji tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycan körpü rolunu oynayır. Biz bu körpünün rolunu elan etmək istəyirik. Bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.