• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

İrakli Kobaxidze: Azərbaycanda imzalanan müqavilələr misilsiz əhəmiyyətə malikdir

21.05.2026
Xəbərlər
İrakli Kobaxidze: Azərbaycanda imzalanan müqavilələr misilsiz əhəmiyyətə malikdir
Share on FacebookShare on Twitter

Azərbaycanda imzalanan müqavilələr misilsiz əhəmiyyətə malikdir. Bütün bu müqavilələr ölkəmizin iqtisadi inkişafı, enerji təhlükəsizliyi və tranzit funksiyamızın gücləndirilməsi üçün fundamental əhəmiyyətə malikdir.

Fortunamag.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi LIVE” verilişində bildirib. Hökumət başçısı Azərbaycan tərəfinə təşəkkür edib.

“Əslində nəticələr göstərir ki, ölkəmizin Orta Dəhlizdəki rolu daim artır, bütövlükdə Orta Dəhlizin rolu da artır. 2020-ci ildən bəri Orta Dəhlizdə yük dövriyyəsi 7 dəfə artıb. Əlbəttə ki, biz bundan maksimum dərəcədə istifadə etməliyik və istifadə edirik. Bu baxımdan, Azərbaycanda imzaladığımız müqavilələr misli görünməmiş əhəmiyyətə malikdir. Müxtəlif istiqamətlərdə müqavilələr imzalanıb və bunların hamısı tranzit funksiyamızın inkişafı ilə bağlıdır. Bu, çox faydalı müqavilələrin imzalandığı qaz idxalı və qaz tranziti ilə bağlıdır. Ən əsası, biz uyğun qiymətlər, müvafiq həcmlər əldə etdik ki, bu da ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir və biz Azərbaycan tərəfinə təşəkkür etməliyik. Bunlar iki hökumət arasında standart danışıqlar deyildi. Bu bizə bütün məsələlər üzrə çox düzgün razılaşma verən dostlar arasında dialoq idi”, — deyə Baş nazir vurğulayıb.

Qaz idxalı və tranzit məsələlərinə toxunan hökumət başçısı deyib: “Bu, elektrik enerjisinin idxalı və tranzitinə, eləcə də son 3 ildə dayandırılmış Bakı-Tbilisi-Supsa boru kəmərinə aiddir. Ölkə ildə on milyonlarla lari məbləğində potensial gəlir itirirdi. Bu boru kəmərinin fəaliyyəti bərpa olunacaq və bunun üçün də yaxşı şərait var”.

“Dəmir yoluna gəldikdə isə, ayın sonundan etibarən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Eyni zamanda, Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu nəqliyyatı bərpa olunub. Bütün bu razılaşmalar ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsi, enerji təhlükəsizliyi və tranzit funksiyamızın gücləndirilməsi üçün fundamental əhəmiyyət kəsb edir. Bir daha Azərbaycan tərəfinə dost münasibətinə və müvafiq razılaşmaya görə, təşəkkür etmək istəyirəm”, — deyə Baş nazir qeyd edib. (azertag)

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.