• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

İrlandiya parlamentariləri Azərbaycanın demokratik inkişafı barədə məlumatlandırılıb

22.04.2026
SİYASƏT, Xəbərlər
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, söhbət zamanı özünün İrlandiyaya səfəri və keçirdiyi görüşləri, o cümlədən, ötən ilin iyul ayında İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşünü məmnunluqla xatırlayan Sahibə Qafarova bu cür təmaslar zamanı parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindiyini söyləyib. O, bu səfərin də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Tərəflər, həmçinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Toni MakKormak spiker Verona Mörfinin salamlarını Milli Məclis sədrinə çatdırıb. Qeyd olunub ki, parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulması üçün imkanlar mövcuddur. O, bu cür səfər və təmasların da bu məqsədə xidmət etdiyini söyləyib.

Milli Məclisin sədri qonaqlara, həmçinin Azərbaycanın demokratik inkişafı və əldə olunan nailiyyətlər, o cümlədən, qanunverici orqanın işi, parlamentin beynəlxalq fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, Azərbaycanın müstəqil xarici siyasəti parlamentin də bu sahədə fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirən S.Qafarova deyib ki, bu kimi beynəlxalq tədbirlərdə Azərbaycan özünün dünyaya baxışlarını da təqdim edir.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.