• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb

12.05.2026
SİYASƏT, Xəbərlər
İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb
Share on FacebookShare on Twitter

İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il “Qlobal məsuliyyət — müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi bir planetdə yaşam” mövzusunda təşkil edilən tədbirdə 48 ölkədən çox sayda siyasətçi, diplomat, akademik, dini lider və iş adamı iştirak edir.

Bu gün zirvə görüşünün rəsmi açılış mərasimi olub.

Zirvə görüşündə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov təmsil edirlər.

Tədbirdə əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancarın tədbir iştirakçılarına ünvanlanan məktubları oxunub.

Mərasimdə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver dünyada baş verən qlobal qeyri-tarazlıq, qarşıdurmalar barədə danışıb, bəşəri nizamın təməldən sarsıldığını qeyd edib. O, bu tədbirlərdə sülh, demokratiya, iqtisadi əməkdaşlıq və ictimai inklüzivlik istiqamətində yeni perspektivlər inkişaf etdirməyi qarşıya məqsəd qoyduqlarını bildirib, mövcud qlobal vəziyyətin düzəlməsinin bəşəriyyətin gələcəyi üçün əsas şərt olduğunu deyib.

Digər çıxış edənlər qlobal problemlər, beynəlxalq sistemin buna yol açdığı səbəblər, eləcə də həlli yolları barədə danışıblar.

Sonra Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Avstriyanın sabiq müdafiə naziri Verner Fasslabend, Xorvatiyanın sabiq Prezidenti İvo Josipoviç və digərləri Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin İcraiyyə Komitəsinin “Şərəf Medalı” ilə təltif olunublar.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə “Müharibə, terror, münaqişə və məcburi miqrasiya ilə birlikdə müharibədən sonrakı dünyada enerji və iqtisadiyyat”, “Qlobal sülh”, “Suyun və yaşıllığın tükəndiyi bir planetdə yaşamaq”, “Demokratiya, qadınlar və sülhün gələcəyi”, “Dəyişən qlobal və iqtisadi dəyərlər işığında: Avropa İttifaqının sınağı” kimi mövzular müzakirə ediləcək, insanlıq üçün fürsət və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.