• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq gecəsi — mədəni birliyin nümayişi

29.04.2026
Mədəniyyət, Xəbərlər
İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq gecəsi — mədəni birliyin nümayişi
Share on FacebookShare on Twitter

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq gecəsi keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Acıbadem Universitetində baş tutan gecə Türkiyə ilə Azərbaycan arasındakı köklü dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək məqsədi daşıyıb. Tədbir çərçivəsində tətbiqi sənət ustası Rəssamlar İttifaqının üzvü Lətəfət Refik, zərgərlik sənətini təmsil edən Fatimə Abdal və miniatür sənətçisi rəssam Sürəyya Abdullalinin əl işlərindən ibarət sərgi açılıb.

Gecənin bədii hissəsində isə opera ifaçısı Fidan Hüseynova Azərbaycanın tanınmış bəstəkar və sənətçilərinin əsərlərini səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Onun çıxışı dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Proqram boyunca Türkiyə və Azərbaycanın ortaq mədəni irsi vurğulanıb, incəsənətin birləşdirici gücü ön plana çıxarılıb.

Gecə ilə bağlı Fidan Hüseynova fəaliyyətini artıq beş ildir Türkiyədə davam etdirdiyini deyib: “Türkiyə dinləyiciləri Azərbaycana aid bir çox mahnıları sevir və dinləyirlər. “Nazəndə sevgilim”, “Sarı gəlin” kimi əsərlər burada geniş yayılıb. Mən də Azərbaycan klassik və müasir musiqisinin daha geniş tanıdılması üzərində çalışıram. Bu konsertimizdə dahi Rəşid Behbudov və Müslüm Maqomayev kimi sənətkarların ifasında məşhur olan klassik əsərləri də təqdim etdik”. Türkiyədə yaşadığı müddət ərzində müxtəlif konsertlərdə iştirak etdiyini deyən ifaçı Azərbaycan mədəniyyətini tanıtmaqdan qürur duyduğunu bildirib.

Lətafət Refik deyib: “Burada Azərbaycanın həm sənət nümunələri, həm də mədəniyyəti təmsil olunur. Sərgidə mənim Azərbaycan milli geyimləri, çantalar və 15 ədəd rəsm əsərim nümayiş olunur. Tablolarımda müxtəlif motivlər, klassik üslub, güllər, tarixi tikililər və şəxsiyyətlərə də yer verilib. Əsərlərimin hazırlanmasında yağlı boya, ipək və gümüşdən istifadə edilib”. Lətafət Refik gecənin əsas məqsədinin iki qardaş ölkə arasında birliyi və mədəni yaxınlığı nümayiş etdirmək olduğunu vurğulayıb.

Dostluq və həmrəylik mesajları ilə yekunlaşan gecədə bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.