Keniyanın Grassroot Organizations təşkilatının prezidenti: «Məqsədimiz gələcək strategiyamızı müəyyənləşdirməkdir»
Fortunamag.az xəbər verir ki, Keniyada “Grassroot Organizations” təşkilatının prezidenti Elude Meri, 14 may 2026 il tarixində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında Fortunamag.az ilə fikirləri ilə paylaşıb.
«Mən Elude Meriyəm. Keniyada “Grassroot Organizations” təşkilatının prezidentiyəm. Mən 2024-cü ildə təsis edilmiş “Global South NGO Platform” təşəbbüsünün qurucu üzvlərindən biri kimi buradayam. Biz hazırda Bakıda iştirak edirik və bu gün platformamızın bəyanatını təqdim edirik. Eyni zamanda, ilk illik ümumi yığıncağımızı keçiririk.
Bu görüşün məqsədi son bir il ərzində əldə etdiyimiz nəticələri qiymətləndirmək, gələcək strategiyamızı müəyyənləşdirmək və icma əsaslı bir yanaşma ilə inkişaf etdirdiyimiz çərçivəni daha da təkmilləşdirməkdir. Hədəfimiz Global South ölkələri üçün daha ədalətli və dayanıqlı bir icma modelinin formalaşdırılmasıdır.»
Fortunamag.az
