• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Latviya nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub

16.04.2026
SİYASƏT, Xəbərlər
Latviya nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub
Share on FacebookShare on Twitter

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, nümayəndə heyəti institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb. Səfər iştirakçıları institutun müasir laboratoriyaları, o cümlədən toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, toxum saxlanma anbarı, toxum satış mərkəzi, eləcə də müasir istixana kompleksi və burada görülən işlərlə tanış olublar.

Sonra tərəvəz, bostan və kartof bitkilərinin müasir seleksiyası, toxumçuluğun təşkili, səmərəli becərmə texnologiyası, bitkilərdə xəstəlik və zərərvericilər ilə inteqrir mübarizə yolları və digər məsələlərlə bağlı nümayəndə heyəti ilə müzakirələr aparılıb.

Daha sonra Pirşağıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası keçirilib. Latviya tərəfi instituta 4800 ədəd şam ağacı hədiyyə edib. Əkin prosesi qonaqların özləri ilə gətirdikləri xüsusi mexaniki ağacəkən qurğularla həyata keçirilib.

Qeyd olunub ki, aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.