Leyla Əliyeva və Arzu Əliyeva «Urban Expo» sərgisi ilə tanış olublar
Mayın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən «Urban Expo» sərgisinə baxıblar.
Fortunamag.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycanın, o cümlədən müxtəlif ölkələrin milli pavilyonlarında və stendlərində təqdim edilən layihələr və innovativ şəhərsalma həlləri ilə tanış olublar.
Onlar ziyarətçilər və iştirakçılar ilə görüşərək xatirə şəkilləri çəkdiriblər.
Fortunamag.az
