• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Mədəniyyət naziri mədəniyyət xadimləri ilə görüşüb

22.05.2026
Mədəniyyət, Xəbərlər
Mədəniyyət naziri mədəniyyət xadimləri ilə görüşüb
Share on FacebookShare on Twitter

Mayın 21-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.

Nazirlikdən Fortunamag.az-a bildirilib ki, görüşdə Xalq artistləri – dirijor Ağaverdi Paşayev, xanəndə Zümrüd Məmmədova, qarmon ifaçısı Ənvər Sadıqov, aktrisalar Məleykə Əsədova, Şükufə Musayeva, Xalq rəssamı Hüseyn Haqverdiyev və tanınmış şair, bəstəkar Xanım Qarayeva (İsmayılqızı) iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli yubileyləri münasibətilə onları təbrik edərək xoş arzularını çatdırıb.

Nazir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata daim xüsusi münasibəti olub. Ulu Öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına davamlı diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. “Ümummilli Liderin təməlini qoyduğu bu ənənə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafına töhfə verən insanlar yüksək dövlət təltiflərinə, təqaüd və mükafatlara layiq görülürlər. Bu yanaşma və diqqət yaradıcı insanların fəaliyyətinə müsbət təsir göndərir və nəticədə Azərbaycan mədəniyyəti inkişaf edir, zənginləşir”, – deyə nazir əlavə edib.

Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplom və Təşəkkürnamələrini təqdim edib, cansağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulayıb.

Mədəniyyət xadimləri çıxış edərək sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, göstərilən diqqətə və təltifə görə minnətdarlıqlarını bildiriblər.

Sonda birgə foto çəkdirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.