• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

MEK-də növbəti könüllülük proqramı başa çatıb

03.02.2026
İnkişaf, Xəbərlər
MEK-də növbəti könüllülük proqramı başa çatıb
Share on FacebookShare on Twitter

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunan üçüncü könüllülük proqramı uğurla yekunlaşıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov könüllülərin kitabxanadakı fəaliyyətini yüksək qiymətləndirib, bu cür proqramların gənclərin gələcək karyerasında mühüm rol oynadığını vurğulayıb.

MEK rəhbəri bildirib ki, üç ay ərzində könüllülər təcrübə qazanmaqla yanaşı, kitabxananın müxtəlif şöbə və fondlarında çalışaraq komanda işi, vaxtın idarə olunması, istifadəçilərlə ünsiyyət kimi bacarıqlarını da inkişaf etdirməyə imkan tapıblar.

Könüllülər tərəfindən “Şəhərsalma və Memarlıq İli”nə töhfə olaraq, MEK-in binasının xüsusi dəqiqliklə işlənmiş maketini hazırladığını diqqətə çatdıran direktor bu təşəbbüsün könüllülərin müasir Azərbaycan memarlığına olan marağını və kitabxanaya olan bağlılığını simvolizə etdiyini söyləyib.

Tədbir zamanı MEK-in elmi katibi, “MEK könüllüləri” proqramına məsul şəxs Şəbnəm Rüstəmova könüllülərin fəaliyyəti barədə təqdimatla çıxış edib. Bildirilib ki, könüllülər kitabxananın bütün sahələrində öz potensiallarını sınamaq imkanı əldə ediblər və nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndiriblər. Onlar, kitabların inventar nömrələrinə görə sıralanması, topoqrafik kartoçkaların hazırlanması, sənədlərin işlənməsi və elektron kataloqa daxil edilməsi, nəşrlərin rəqəmsallaşdırılması kimi müxtəlif işlərə cəlb olunublar. Bundan başqa, oxuculara xidmət göstərərək sənəd sifarişlərini yerinə yetiriblər.

Daha sonra MEK könüllülərinin fəaliyyəti haqqında videoçarx izlənilib.

Tədbirdə çıxış edən könüllülər MEK-də keçirdikləri müddətin onlara peşəkar vərdişlər qazandırdığını, yaradıcı ideyalarının dəstəklənməsinin isə onlarda özünəinam hisslərinin artırdığını qeyd ediblər.

Sonda könüllülük proqramını müvəffəqiyyətlə başa vuran bir qrup gəncə sertifikatlar təqdim olunub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.