• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Mikayıl Cabbarov: Ölkədə hər 8 vətəndaşdan biri ya qaçqın, ya da məcburi köçkün idi

20.05.2026
İnkişaf, Xəbərlər
Mikayıl Cabbarov: Ölkədə hər 8 vətəndaşdan biri ya qaçqın, ya da məcburi köçkün idi
Share on FacebookShare on Twitter

Azərbaycan 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində idi və bu mənada qeyri-formal mənzil təsərrüfatı və gecəqondular mövcud olsa da, onlar heç vaxt dövlət siyasətinin predmeti kimi qəbul edilmirdi.

Fortunamag.az xəbər verir ki, bu sözləri WUF13-də «Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi» adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkəmiz hələ Sovet dövründə, 1989-cu ildən başlayaraq Ermənistanda yaşayan etnik azərbaycanlıların, qaçqınların, eləcə də işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin daimi, kəsilməz axını ilə üzləşdi.

«Sizə miqyası göstərmək üçün deyim ki, 1994-cü ildə Azərbaycan iqtisadiyyatı 1991-ci ildəki Azərbaycan iqtisadiyyatının üçdə birini təşkil edirdi. Təbii ki, bu da əlavə təzyiqə səbəb oldu. Sonuncu, lakin eyni dərəcədə əhəmiyyətli məqam isə odur ki, növbəti onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan məcburi sosial miqrasiya prosesləri də ümumi mənzərəyə əlavə olundu. Bütün bunlar demoqrafik partlayış fonunda baş verirdi: çünki ölkə müstəqilliyini qurduğu dövrdə 7 milyonluq bir xalq idisə, növbəti 25 ildə 10 milyonluq bir xalq oldu», — deyə nazir əlavə edib.

M.Cabbarov qeyd edib ki, ümumi mənzərə ondan ibarətdir ki, ölkədə hər 8 vətəndaşdan biri ya qaçqın, ya da məcburi köçkün idi. (Azertag)

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.