• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Milli Aviasiya Akademiyası və Türkiyə Ali Məhkəməsi arasında təcrübə mübadiləsi aparılıb

16.04.2026
Xəbərlər
Milli Aviasiya Akademiyası və Türkiyə Ali Məhkəməsi arasında təcrübə mübadiləsi aparılıb
Share on FacebookShare on Twitter

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) 2-ci Cinayət kollegiyasının sədri Yusuf Kuzunun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Akademiyanın rəhbərliyi ilə görüş keçirilib, tərəflər arasında hüquq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti ilə Milli Aviasiya Akademiyasının tələbələri arasında görüş təşkil edilib.

Görüşdə çıxış edən Akademiyanın prorektoru, professor Ədalət Səmədov rektor, akademik Arif Paşayevin salamlarını çatdırıb və təhsil müəssisəsinin fəaliyyəti barədə danışıb. Qeyd edib ki, Milli Aviasiya Akademiyası ölkənin qabaqcıl ali təhsil ocaqlarından biridir və burada hüquqşünasların hazırlıq səviyyəsi yüksəkdir. O, xüsusilə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının müasir tələblərə cavab verdiyini vurğulayıb.

Sonra Akademiyanın İqtisadiyyat və hüquq fakültəsinin dekanı professor Ayxan Rüstəmzadə çıxış edərək fakültə haqqında ətraflı məlumat verib. O, fakültədə təhsil alan tələbələr, ixtisas istiqamətləri, eləcə də professor-müəllim heyəti, tədrisə cəlb edilmiş hakimlər, prokurorluq orqanlarının əməkdaşları və vəkillər barədə geniş məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Türkiyə Respublikası Ali Məhkəməsinin 2-ci Cinayət kollegiyasının sədri Yusuf Kuzu çıxış edərək ölkəsinin qanunvericilik sistemi, məhkəmə təcrübəsi və cinayət mühakimə icraatının xüsusiyyətlərini bölüşüb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov isə ölkəmizdə məhkəmə sisteminin fəaliyyəti, cinayət işlərinin baxılması qaydası və məhkəmə təcrübəsi barədə məlumat verib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.