• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir təşkil edilib

23.04.2026
Mədəniyyət, Xəbərlər
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir təşkil edilib
Share on FacebookShare on Twitter

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında əsas məqsədin kitabların keçmişlə gələcək, nəsillər və mədəniyyətlər arasında körpü rolu oynamasını bir daha ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb.

Direktor kitab və mütaliənin insanın şəxsiyyət kimi formalaşmasında, mənəvi dünyasının zənginləşməsində, təfəkkür və idrak bacarıqlarının inkişafında mühüm rol oynadığını söyləyib.

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Təranə Əliyeva çıxışında əlamətdar günün əsas mesajının sadəcə kitabları sevmək yox, həm də onları qorumaq, müəlliflərin əməyinə hörmət etmək və oxuma mədəniyyətini gələcək nəsillərə ötürmək olduğunu diqqətə çatdırıb.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür” mövzusunda ənənəvi və virtual sərgi (https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm) iştirakçılara təqdim olunub.

Sonda Hüquq və İnsan Haqları İnstitutunun nəşrləri iştirakçılara hədiyyə edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.