• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb

17.04.2026
SİYASƏT, Xəbərlər
Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdən məmnunluq ifadə olunub.

Görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm alət olduğu qeyd olunub. Bu baxımdan, parlament komitələri və dostluq qrupları arasında təmasların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tərəflər, həmçinin parlamentlərarası əməkdaşlıq baxımından Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi kimi platformaların rolunu vurğulayaraq, bu çərçivədə qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdən sonra Azərbaycan Respublikası Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.