Moskvada Azərbaycan və Rusiya rəsmilərinin görüşü olub
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş aprelin 28-də Moskvada keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın cari gündəmində duran məsələlərə toxunulub.
Fortunamag.az
