• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Muxtar Babayev: İqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi çağırış yaradır

06.05.2026
Biznes, Xəbərlər
Muxtar Babayev: İqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi çağırış yaradır
Share on FacebookShare on Twitter

Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Son illərdə dünyada iqlim və hava hadisələrinin xarakteri dəyişib. Əvvəllər bu hadisələr əsasən lokal və mövsümi xarakter daşıyırdı. Bu gün isə vəziyyət dəyişib və iqlim hadisələri daha tez-tez baş verir, daha güclü olur və daha geniş əraziləri əhatə edir.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 50 ildə qlobal miqyasda hava və iqlimlə bağlı fəlakətlərin sayı təxminən 5 dəfə artıb.

“Sel hadisələri ən çox geniş yayılmış və ən çox təsir göstərən təbii fəlakətlərdən birinə çevrilib. Son onilliklərdə ümumilikdə 168 ölkədə 4700-dən çox sel hadisəsi baş verib. Bu hadisələr 3,2 milyarddan çox insanı əhatə edib. Ümumi iqtisadi zərər isə 1,3 trilyon dollar təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son 30 ildə təbii fəlakətlər kənd təsərrüfatına 3 trilyon dollardan çox zərər verib. Bu, hər il təxminən 100 milyard dollardan çox itki deməkdir. Bu fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi çağırış yaradır. FAO-ya görə, dünyada 2 milyard hektardan çox torpaq deqredasiyaya uğrayıb. Hər il isə milyonlarla hektar torpaq öz məhsuldarlığını itirir. İqlim dəyişiklikləri kənd təsərrüfatına çox ciddi təsir edir. Kənd təsərrüfatı özü də prosesin bir hissəsidir. Bu sektor qlobal istixana qazı emissiyalarının təxminən dörddəbirini təşkil edir”, — deyə Muxtar Babayev qeyd edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.