• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Muxtar Babayev: Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir

21.04.2026
SİYASƏT, Xəbərlər
Muxtar Babayev: Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir
Share on FacebookShare on Twitter

V Antalya Diplomatiya Forumu çərçivəsində “COP31-ə doğru: Geosiyasi çağırışların yaşandığı bir dövrdə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda panel iclas keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, paneldə COP31-in Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevin, COP21-in sədri, Fransanın sabiq Baş naziri Loren Fabiusun, COP30-un sədri Andre do Laqonun və BMT-nin iqlim fəaliyyəti üzrə baş katibinin köməkçisi Selvin Hartın mövzu ilə bağlı fikirləri dinlənilib.

Türkiyəli nazir çıxışında dünyanın fərqli coğrafiyalarının birbaşa və ya dolayısı yollarla iqlim böhranının yaratdığı problemlərlə qarşılaşdığını vurğulayıb: “COP31 gündəmi çərçivəsində əvvəlki COP sədrlərinin qəbul etdiyi qərarları nəzərə almaq və bu qərarların davamlılığını təmin etmək məcburiyyətindəyik. Bu istiqamətdə işlərimizi davam etdirir və fəaliyyət planımızı formalaşdırırıq. 2050-ci ilə olan iqlim dəyişikliyi hədəflərini dəstəkləyəcəyik və müvafiq istiqamətdə addımlar atmağı planlaşdırırıq. Bu çərçivədə bərpaolunan enerji, sıfır tullantı layihələri, iqlimədavamlı şəhərlər və dayanıqlı inkişaf kimi bir çox istiqamətlərdə fəaliyyətimiz davam edir. Xüsusilə davamlı (dayanıqlı) şəhərlər mövzusu gələcəyin ən kritik sahələrindən biri kimi ön plana çıxır”.

Muxtar Babayev isə çıxışında Bakıda, COP29-da əldə edilən və illik 300 milyard dolları nəzərdə tutan razılaşmanı son illərin ən yaxşı nəticələrindən biri kimi qiymətləndirib, indi daha çox ölkəni öz öhdəliklərini yerinə yetirməyə və bu prosesdə fəal iştirak etməyə təşviq etməyin vacibliyini vurğulayıb.

İqlim maliyyələşdirilməsi prosesinə daha çox tərəfdaş, iştirakçı və töhfəçi cəlb etməyin zəruriliyinə toxunan Muxtar Babayev deyib: “Təəssüf ki, IMF kimi platformalarda iqlim məsələləri əsas prioritetlər arasında deyil. Hazırda beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf bankları diqqətlərini daha çox digər istiqamətlərə yönəldirlər və iqlim maliyyələşdirilməsi arxa planda qalır”.

Qeyd edilib ki, özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir. Çünki gələcəkdə əsas maliyyə mənbələrindən biri məhz özəl sektor olacaq. Bu, həm qrant mexanizmləri ilə tamamlanacaq, həm də təxminən 1,3 trilyon dollarlıq razılaşma çərçivəsində öz əksini tapacaq.

O, özəl sektorun gözləmə mövqeyində olduğunu, onların çoxtərəfli inkişaf banklarının, böyük və zəngin ölkələrin hansı istiqamətdə addım atacağını izlədiklərini bildirib.

Digər çıxış edənlər dərin geosiyasi gərginliklərin və artan qeyri-müəyyənliklərin yaşandığı bir dövrdə iqlim fəaliyyətinin qısamüddətli təhlükəsizlik və iqtisadi narahatlıqlar səbəbilə kölgədə qalma riski ilə üzləşdiyini qeyd ediblər.

Bildirilib ki, iqlim dəyişikliyinin təsirləri dünya miqyasında daha da güclənir, ən həssas qruplara qeyri-mütənasib şəkildə təsir edir və dayanıqlı inkişafı zəiflədir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişi və Paris Sazişi fəaliyyət üçün əsas qlobal çərçivəni təmin etsə də, müasir dünyada ən böyük çağırış bu çərçivənin həyata keçirilməsidir.

Toplantıda Türkiyə və Avstraliya arasında COP31 üçün yaradılacaq əməkdaşlıq mexanizminin tətbiqi sürətləndirmək və çoxtərəfli iqlim idarəçiliyinə etimadı yenidən bərpa etmək üçün unikal bir fürsət təqdim etdiyi vurğulanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.