• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Nasir Al Darmaki: Bakı beynəlxalq mədəni dialoq və xalça irsinin təqdimatı üçün mühüm məkandır

01.05.2026
Mədəniyyət, Xəbərlər
Nasir Al Darmaki: Bakı beynəlxalq mədəni dialoq və xalça irsinin təqdimatı üçün mühüm məkandır
Share on FacebookShare on Twitter

Azərbaycan tarixlə nəfəs alan bir ölkə, Bakı isə tarixlə yaşayan bir şəhərdir. Bu gün burada olmaq və həm Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti, həm də BƏƏ üzrə ICOM-un sədri kimi iştirak etmək mənim üçün böyük qürurdur.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ICOM-un vitse-prezidenti və BƏƏ üzrə ICOM-un sədri Nasir Al Darmaki bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən bu mühüm xalça festivalı 10-dan çox ölkədən peşəkarları, rəssamları və sənətkarları bir araya gətirir.

“Mənim iştirakım əsasən sənətkarların işlərinin muzey fəaliyyətinə inteqrasiyası məsələsini əhatə edir. Muzeylərdə dəyərli kolleksiyalar nümayiş olunur və onların gələcək nəsillər üçün qorunması çox vacibdir. Eyni zamanda, sənətkarların özlərinin, onların texnikalarının və müxtəlif ölkələrdən gətirilən sənət elementlərinin qiymətləndirilməsi də mühüm əhəmiyyət daşıyır”, — deyə o əlavə edib.

Nasir Al Darmaki vurğulayıb ki, bu cür festival və forumlar müxtəlif sahələrin nümayəndələrini bir araya gətirən mühüm platformadır. Onun sözlərinə görə, forumun nəticəsi olaraq dəyərli nəşrlərin və elmi tədqiqatların hazırlanması gözlənilir. Bu isə muzey mütəxəssislərinə sənətkarların yaradıcılığının muzey mühitinə verdiyi töhfələri daha yaxşı anlamağa imkan verəcək.

O əlavə edib ki, belə tədbirlər sənətin yaranmasından başlayaraq muzey kolleksiyalarına daxil edilməsi və qlobal bazara çıxarılması kimi bütün mərhələləri əhatə edir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.