• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

08.05.2026
Biznes, Xəbərlər
“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub
Share on FacebookShare on Twitter

“AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim olunub.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir.

Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan “Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub.

Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib.

Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.