• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Nazir: AİB ilə indiyədək 5,5 milyard dollarlıq maliyyələşmə həyata keçirilib

14.04.2026
SİYASƏT, Xəbərlər
Nazir: AİB ilə indiyədək 5,5 milyard dollarlıq maliyyələşmə həyata keçirilib
Share on FacebookShare on Twitter

Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, xüsusilə bankın maliyyə və texniki dəstəyi çərçivəsində icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.

Nazir Sahil Babayev deyib ki, Azərbaycan AİB ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıq çərçivəsində bank tərəfindən maliyyələşdirilən layihələr və göstərilən maliyyə-texniki dəstək ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Qeyd edilib ki, AİB ilə əməkdaşlıq çərçivəsində indiyədək 145 layihə üzrə təxminən 5,5 milyard dollar həcmində maliyyələşmə həyata keçirilib və bu tərəfdaşlığın davamı olaraq 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası milli inkişaf prioritetlərinə uyğun şəkildə formalaşdırılıb.

Azərbaycanın AİB ilə əməkdaşlıqda iqtisadi diversifikasiya, yaşıl və davamlı inkişaf, eləcə də inklüziv artım kimi prioritetləri ön plana çəkdiyini vurğulayan nazir ölkəmizin Asiya İnkişaf Fonduna 2021–2027-ci illər üzrə töhfələr verən fəal tərəfdaş kimi çıxış etdiyini bildirib. Eyni zamanda, makroiqtisadi sabitliyin gücləndirilməsi, fiskal intizamın artırılması, dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsi, orta müddətli xərclər çərçivəsinin tətbiqi, şəffaflıq və idarəetmənin yaxşılaşdırılması, eləcə də dövlət müəssisələrinin səmərəliliyinin artırılması və özəl sektorun iqtisadiyyatda iştirakının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb.

Öz növbəsində, L.Gutierrez Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, ölkəmizin xüsusilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində fəal iştirakını yüksək qiymətləndirib. O, ticarət, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin regionda iqtisadi inteqrasiyanın dərinləşməsi və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüş zamanı, həmçinin nəqliyyat bağlantıları, su təchizatı və kommunal infrastrukturun modernləşdirilməsi, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər özəl sektorun inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, kapital bazarlarının inkişafı və dövlət-özəl tərəfdaşlıq mexanizmləri (PPP) vasitəsilə investisiyaların cəlb edilməsi sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.