• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Nazir müavini: Azərbaycan-Serbiya mədəni əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

04.05.2026
Mədəniyyət, Xəbərlər
Nazir müavini: Azərbaycan-Serbiya mədəni əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Share on FacebookShare on Twitter

Azərbaycan ilə Serbiya arasında mədəni əlaqələr dinamik şəkildə inkişaf edir və bu əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir və bu prosesin əsasında dövlət başçılarının siyasi iradəsi dayanır. Nazir müavininin sözlərinə görə, mədəniyyət sahəsində əməkdaşlıq da bu ümumi inkişafın ayrılmaz tərkib hissəsidir. Azərbaycan və Serbiya arasında artıq mədəniyyətin müxtəlif istiqamətləri üzrə səmərəli əməkdaşlıq formalaşıb. Kitabxana sahəsində hər il yüzlərlə kitabın qarşılıqlı tərcüməsi və mübadiləsi həyata keçirilir. Həm Azərbaycan, həm də Serbiya müəlliflərinin əsərlərinin digər ölkədə nəşr olunması xalqlarımız arasında mədəni yaxınlaşmaya mühüm töhfə verir.

Fərid Cəfərov əlavə edib ki, muzeylər arasında əməkdaşlıq da diqqətəlayiqdir. Xüsusilə Azərbaycan Xalça Muzeyi ilə Serbiyanın Etnoqrafiya Muzeyi arasında təşkil olunan mübadilə sərgiləri bu sahədə uğurlu tərəfdaşlığın bariz nümunəsidir.

Nazir müavini vurğulayıb ki, film sənayesi sahəsində də son illərdə müsbət dinamika müşahidə olunur. Azərbaycan nümayəndələrinin Serbiyada keçirilən beynəlxalq film festivallarında iştirakı, eyni zamanda, serbiyalı qonaqların Bakıda təşkil olunan kino tədbirlərində fəal iştirakı əlaqələrin genişləndiyini göstərir.

“Yeni birbaşa aviareysin açılması iki ölkə arasında mədəni mübadilələrin intensivləşməsinə və xalqlar arasında birbaşa təmasların artmasına əlverişli şərait yaradacaq. Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri incəsənət və musiqi sahəsində əməkdaşlığa yeni impuls verəcək. Keçiriləcək birgə tədbirlər və layihələr iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”, — deyə F.Cəfərov bildirib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.