• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub

15.05.2026
SİYASƏT, Xəbərlər
Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub
Share on FacebookShare on Twitter

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Mədəni və Yaradıcı Sənayelərin (MYS) inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Biz Dövlət Proqramının hazırlanması istiqamətində biznes subyektləri ilə görüşlər keçiririk. Ölkədə MYS sahəsində sahibkarlıq subyektlərinin sayı sabit artım nümayiş etdirib və hazırda 25 minə yaxın belə subyekt var.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib ki, sektorun ölkə iqtisadiyyatındakı çəkisi də artmaqdadır. 2025-ci ildə MYS sahəsinin ÜDM-də payı 1 faizə çatıb. Bu sahədə xidmət ixracı da çoxalıb. “2025-ci ildə 265 milyon 487 min ABŞ dolları məbləğində MYS xidmət ixracı olub, bu da 2024-cü illə müqayisədə 23,3 faiz çoxdur. Bütün bunlar həm də yeni iş yerləri və yaradıcı məşğulluğun artması deməkdir.

Bu gün yeni mədəniyyət modelində mədəniyyətin funksionallığının artırılmasına xidmət edən ən vacib, əsas alət məhz mədəni və yaradıcı sənayelərdir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin ən görünən uğurlarından biri Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin təşkil edilməsi idi. Həmin mərkəz 2024-cü ilin dekabr ayında fəaliyyətə başladı.

Mərkəzin fəaliyyəti çərçivəsində 9 inkubasiya proqramı həyata keçirilib, 52 startap yaradılıb. Bu startaplardan 5-i KOBİA-dan “Startap şəhadətnaməsi”, 2-si isə qrant əldə edib. Müxtəlif proqramlar çərçivəsində 100-dən çox rezident tədris proqramlarından yararlanıb. Sertifikat təlimlərində isə 700-dən çox gənc iştirak edib”, — deyə nazir əlavə edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.